Şuşanın simvolu sayılan və demək olar ki, ölkənin digər yerlərində bitməyən Xarıbülbül çiçəyi Cəlilabadın dağ kəndi olan Tahirlinin də düzənliklərini bəzəyir.
Çiçəyin bu yurda gətirilməsinin hekayəsini Xalq artisti Nurəddin Mehdixanlı belə nəql edib:
“1978-ci ildə institutu qurtardım, əsgərliyə getdim. Əsgərlikdə məzuniyyətə buraxılmışdım. Qardaşımla Şuşaya getdik. Şuşada Xalq artisti Firəngiz Mütəllimovanın qonağı olduq. Firəngiz xanımın anası bizə Xarıbülbül verdi. O vaxta qədər mən də belə bir gülün olduğunu bilmirdim. Gülü gətirdik, Göllər deyilən bir yer var, qardaşım Habillə orada bundan əkdik. Beləliklə, kənd sakinləri həmin çiçəklə tanış oldular. Məhz Xarıbülbülün Cəlilabada gəlişi, o yerlərdə özünə yurd etməsinin tarixçəsi budur”.
Daha ətraflı Baku TV-nin süjetində: