ABŞ alimləri 2025-ci ildən artıq menopauzada olan qadının da uşaq doğa biləcəyinin mümkün olacağını bildirib.
“Medicina” xəbər verir ki, alimlər 40 yaşdan sonra menopauzada olan qadının yumurtahüceyrəsinin aktivləşdirilməsi prosedurunu sınaqdan keçirir və növbəti ildən aktivləşdirməyə başlayacaq.
Xatırladaq ki, indi də Avropa və Amerikada qadınlar gənc yaşda
dondurulmuş yumurtahüceyrəsindən gec yaşda ana ola bilər.
Amma yeni metod hətta öncədən yumurtahüceyrə toplamayanlarla da mümkün olacaq.
Ötən il amerikalı reproduktoloqlar 5 ildir menopauzada olan qadında yumurtahüceyrə yetişdirə bildiklərini açıqlayıb.