Sumqayıtda 13 yaşlı yeniyetmənin meyiti tapılıb, prokurorluq araşdırmalara başlayıb

 

Martın 31-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Demokratikmusavat.com AZƏRTAC istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti daxil olmuş sorğulara cavab olaraq məlumat verib.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.

Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.

0.13626408576965