Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja Azərbaycana səfər edəcək.
"Report"un əldə etdiyi məlumata görə, səfərin məqsədi Bakıda keçiriləcək Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın 8-ci iclasında iştriak etməkdir.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.
Nazirlərin birgə mətbuat konfransı da nəzərdə tutulur.