“Qış parkı”nda yeni parkinq qiymətləri: 120 manat...

 

Bakının Nəsimi rayonunda yerləşən “Qış parkı” yeraltı dayanacağında yeni parkinq tarifləri müəyyən edilib.

“Ölkə.Az”ın məlumatına görə, yeni qiymətlər aprelin 1-dən etibarən tətbiq olunacaq.

Belə ki, tariflər 0-2 saat üzrə 1 AZN, 2-4 saat üzrə 2 AZN, 4-6 saat üzrə 3 AZN, 6-10 saat üzrə 4 AZN, 10-12 saat üzrə 5 AZN, 12-24 saat üzrə 8 AZN müəyyən olunub.

Aylıq paketlər isə 12 saatlıq 80 AZN, 24 saatlıq 120 AZN, qonşular üçün də 50 AZN müəyyən edilib. Daha əvvəl isə aylıq 12 saatlıq paket üçün 30 AZN tələb olunurdu.

Könül 
Ölkə.Az

 

0.18323278427124