“Volqa manyakı”nın sonu - 31 qadının qatili ömürlük həbs cəzası alacaq

 

Tatarıstanda 31 qadını qətlə yetirməkdə təqsirləndirilən Radik Tahirov ömürlük həbs cəzası alacaq.

Musavat.com “Vedomosti”yə istinadla xəbər verir verir ki, istintaq komitəsi tərəfindən toplanmış sübutlar Tatarıstan Ali Məhkəməsinin müttəhimə ömürlük həbs cəzası təyin etmək üçün yetərli olub. Tahırov 31 qətl, 3 qəsd və 33 qocaya hücum etməkdə təqsirli bilinib.

2011-ci ildə Kazanda pulları oğurlanan 70-90 yaş arası tənha qoca qadınların silsilə qətlləri başlayıb. 2020-ci ilin dekabrında cinayətkar saxlanılıb. O, etiraf edib və hadisə yerində törədilmiş cinayətlərin şəraitini göstərib.

Tahırov 2011-ci ilin martından 2012-ci ilin oktyabrınadək Kazan, Nijnekamsk, Voljsk, İjevsk, Nijni Novqorod, Çeboksarı, Ufa, Perm, Yekaterinburq, Saratov, İvanovo, Kirov, Samara, Çelyabinsk və Moskva şəhərlərində cinayətlər törədib. İstintaqın məlumatına görə, o, tənha yaşayan yaşlı qadınları tapıb və özünü kommunal xidmət işçisi kimi təqdim edərək onları aldatmaqla mənzillərinə daxil olub. Qətllərdən sonra o, mənzillərdə axtarış aparıb və pul oğurlayıb.

0.16285490989685