Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası niyə DTX və Baş Prokurorluğun nəzarətindən kənarda qalıb?

 

AHİK işdən qanunsuz çıxarılan həmkar üzvlərinin işə bərpası, müalicəsini və istirahətini təmin etmədiyi halda, 1,7 milyon insanın əmək haqqının 2 faizini hər ay tutub, çənimsəməsinə hökümət niyə göz yumur?

Ölkəmizdə fəaliyyət göstərən həmkarlar təşkilatları "Həmkarlar ittifaqlatı haqqında" Azərbaycan Respublikası qanunu pozaraq, özəl təşkilat kimi fəaliyyət göstərir. Hətta həmkarlar təşkilatlarında yoxlama aparmaq belə, hüquq-mühafizə orqanlarına sanki qadağan olunub.

AHİK (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası) düz 31 ildir ki, Səttar Möhbalıyevə xidmət edən təşkilat kimi tanınır. Bəri başdan bildirək ki, Səttar Möhbalıyev ixtisasca müəllim olmasa da, AHİK sədri olmaqla yanaşı, həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri vəzifəsini tutur. Bu təşkilat ölkənin çoxsaylı müəllimlərini və təhsil sahəsində çalışan digər işçi və qulluqçuları əhatə edir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında həm üzvlərin sayı çoxdur, həm də ən çox üzvlük haqqı məhz bu təşkilatdan daxil olur.

Məsələn, adənı çəkmədiyimiz bir rayon təhsil sektorundan ATİAHİ RT-nın hesabına ayda 30 min manat üzvlük haqqı daxil olursa, o zaman ölkə üzrə AHİK-ə daxil olan ümumi üzvlük haqqını hesablamaq çətin deyil.

Səttar Möhbalıyev yalnız AHİK və ATİAHİ-nin sədri deyil, eyni zamanda, 30 ildir ağzını açıb, bir kəlmə deməyi bacarmayan millət vəkilidir. O, həm də hökümətinin çəkindiyi, 60-dan çox sanatoriyaları, istirahət düşərgələri birləşdirən"Böyük AHİK imperiya"sının sahibidir, ən çox vara malik olan oliqarxlarından biridir. S. Möhbalıyevin ölkə daxilində və xaricdə geniş biznes şəbəkəsi var.

Xarici təşkilatlarda təmsilçilik, əlaqələr və biznes şəbəkələri S. Möhbalıyevin həyat yoldaşı və övladları tərəfindən idarə olunduğu bildirilir. S.Möhbalıyevin xarici biznes şəbəkələri Avropanın bir yox, bir neçə ölkəsində yerləşir və onun əmlakının ümumi miqdarı bir neçə milyard dollar təşkil etdiyi barədə məlumatlar dəfələrlə mediada və hüquqşünas Aslan İsmayılovun facebook səhifəsindəki çıxışlarında vurğulanıb.

AHİK Azərbaycanda fəaliyyət göstərən yeganə həmkarlar təşkilatıdır ki, üzvlərdən hər ay üzvlük haqqı iş yerində mühadibatlıq tərəfindən tutulur və həmkar üzvlərinə nizamnamədə nəzərdə tutulan xidmətlərin heç biri göstərməsə də, üzvlük haqqı mütəmadi daxil olur.

Maraqlıdır, ölkədə AHİK adlı həmkarlar təşkilatı 27 sahədə çalışan 1,7 milyondan çox insanın əmək haqqından məcburi qaydada hər ay 2 faiz pul tutulub, Səttar Möhbalıyevin sədrlik etdiyi AHİK-in hesabına ayda 10 milyon manata yaxın havayı pul köçürülür. Ona görə də, üzvlərin əksəriyyət AHİK-i parazit təşkilat adlandırırlar.

Səttar Möhbalıyev də həmin pulun 60 faizini 27 sahədə qurduğu "həmkarlar imperiya"sının tabeliyində saxladığı məmurlar şəbəkəsinə verir, pulan qalan hissəsinisə AHİK-in hesabına köçürdürtdüb, özü bildiyi kimi xərcləyir.
Çünki Səttar Möhbalıyev hələ Ramiz Mehdiyev PA rəhbəri olan vaxt onun imzası ilə dövlətin bütün yoxlama orqanlarına məktub göndərtdirərək, AHİK-də yoxlama aparmağı qadağan edib.

R.Mehdiyev 5 ildir vəzifədən çıxsa da, onun qanunsux məktubunun qüvvədə olduğu aydın hiss olunur və hər cür cinayətkarın meydan suladığı həmkarlar sədrlərinin çirkli fəaliyyəti nəzarətdən kənarda qalıb. Hətta cənab Prezidentin göstərişilə ölkədə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə getsə də, bir neçə RİH başçıları və nazirlər, müavinləri həbs olunsa da, Azərbaycan Həmkarlat İttifaqları Konfederasiyasına daxil olan təşkilatların fəaliyyətində rüşvət, korrupsiya, mənimsəmə və digər geniş yayılmış mənfi hallara hələ də hökumət göz yumur.

Təbii sual yaranır: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti niyə DTX və Baş Prokurorluğun nəzarətindən kənarda qalır?

 

0.17298293113708