Bu ərazidə güzəştli mənzillər tikiləcək - 11 milyon manat ayrıldı

 

Yevlax şəhəri, Rəşad Budaqov küçəsi 1 ünvanında yerləşən 1,9 ha torpaq sahəsində 1, 2 və 3 nömrəli çoxmənzilli yaşayış binaları tikiləcək.

“Ölkə.Az”ın məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus “MİDA” MMC layihə ilə bağlı hazırlıqlara başlayıb.

Tikinti işləri “Rabitə İnşaat” ASC tərəfindən həyata keçiriləcək və şirkətə 11 mln 113 min manat ödəniş ediləcək.

Könül
Ölkə.Az

 

 

0.182941198349