Yüzlərlə ölümün səbəbkarı: 1 həftədə 5 qəza - "Boeing" təyyarələrini ifşa edən işçi ölü tapıldı

 

"Boeing" təyyarələri bir-birinin ardınca qəzalara düşməyə davam edir.

Ölkə.Az "hürriyet"ə istinadla xəbər verir ki, 2017 və 2019-cu illərdə baş verən iki ölümcül qəzadan sonra reputasiyasını bərpa etməyə çalışan şirkət, hər yeni hadisə ilə nüfuzunu bir az da itirir. Hətta bu qəzalara görə, şirkətin səhmləri birjada kəskin ucuzlaşıb.

1. Şirkət üçün bu ilin ilk neqativ hadisəsi yanvarın 5-də baş verib. Belə ki,  Alyaska Hava Yollarına məxsus 737 Max təyyarəsinin qapısı uçuş zamanı qopub. İstintaq müəyyən edib ki, "Boeing" həmin hissənin təyyarədən qopmasının qarşısını almaq üçün nəzərdə tutulmuş boltları düzgün bağlamayıb.

2. Fevralın 6-da United Airlines pilotları 737 Max tipli təyyarəni Nyu Cersi hava limanına endirmək istəyərkən sükan pedallarının ilişdiyini bildiriblər. Hadisə zamanı xəsarət alan olmasa da, eyni problemin əvvəlki illərdə də təkrarlandığı üzə çıxıb.

3. Martın əvvəlində ABŞ Federal Aviasiya Administrasiyası məlumat verdi ki, 737 Max və 787 Dreamliner modellərindəki buzdan təmizləyici avadanlıqla bağlı problem mühərriklərin itələmə qabiliyyətini itirməsinə səbəb olub.

4. Boeing son 7 gündə də neqativ hallarla gündəmə gəlib. Belə ki, ilk olaraq martın 4-də Floridadan havaya qalxan 737 Max təyyarəsinin mühərriklərindən biri alovlanıb. Təyyarədə çaxnaşma yaşansa da, hadisə nəticəsində xəsarət alan olmayıb.

5. Martın 7-də "United Airlines"ın digər reysində San-Fransiskodan uçan 777-200-ün 116 kq-lıq təkəri yerə düşüb.

6. Şirkətdəki təhlükəsizlik problemlərini ifşa edən keçmiş "Boeing" əməkdaşı Con Barnett şənbə günü ölü tapılıb. Canına qıydığı ehtimal edilən 62 yaşlı Barnett 32 il işlədiyi şirkətin sürətli istehsal təzyiqindən dolayı standartları pozduğunu iddia etmişdi.

7. Bazar ertəsi Sidneydən San-Fransiskoya qalxan 777-300-də yanacaq sızması aşkar edildikdən sonra təyyarə təcili eniş edib. 

8. Eyni gündə (bazar ertəsi) daha bir "Boeing" hadisəsi yaşanıb. Belə ki, “Boeing”in flaqmanı kimi tanınan “787 Dreamliner”in pilotu Sidney-Oklend reysi zamanı texniki nasazlıq səbəbindən təyyarəyə nəzarəti itirib. Qısa müddətli şiddətli sarsıntı zamanı 50 sərnişin yaralanıb.

Qeyd edək ki, "Boeing"in 737 Max modeli 2018 və 2019-cu illərdə iki qəzaya düşüb və ümumilikdə 346 nəfər ölüb.

Billurə Yunus

 

0.15882587432861