Trampdan Avropaya çağırış: Ukraynaya daha çox pul xərcləyin

 

Avropa Ukraynanın maliyyələşdirilməsinə daha çox pul xərcləməlidir. 

Ölkə.Az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Newsmax” telekanalına müsahibəsində bildirib.

Yenidən prezident seçiləcəyi təqdirdə Ukraynaya ayrılan maliyyəni kəsmək niyyətində olub-olmadığı ilə bağlı sualı cavablandıran Tramp deyib ki, Avropa da Ukraynaya ABŞ ilə eyni məbləğdə pul xərcləməlidir.

“Avropa Ukraynaya təxminən 100 milyard dollar az xərcləyir. Bu, Amerikaya qarşı ədalətsizlikdir, bu, amerikalı vergi ödəyicisinə qarşı haqsızlıqdır”, - Tramp qeyd edib.

Mürtəza
Ölkə.Az

0.26135206222534