Dəstəmaz alarkən və ya başqa səbəblərdən ağzını su ilə yaxalamaq məcburiyyətində qalanlar bunun orucu pozmasından narahat olurlar.
Ölkə.Az "Hürriyet"ə istiunadla xəbər verir ki, Türkiyənin Dəyanət İşləri Nazirliyi bu mövzuda suallara aydınlıq gətirib.
Bildirilib ki, boğazdan daxilə su getmədən ağzı su ilə yaxalamaq orucu pozmadığı kimi, dişləri fırçalamaq da orucu pozmur.
Ancaq diş məcunu və ya su boğaza gedərsə, oruc pozulur.
Orucun pozulma ehtimalını nəzərə alaraq, imsakdan əvvəl və ya iftardan sonra dişləri fırçalamaq, oruc tutanda fırçalayan zamanı diş məcunu istifadə etməmək məqsədəuyğun olardı.
Billurə