Ukraynada yeni qanun ajiotaj yaratdı: Kiyev tükənib

 

Ukraynadakı yeni "Səfərbərlik haqqında" qanunun qəbul ediləcəyi təqdirdə 500 min nəfərin hərbi xidmətə çağırılması nəzərdə tutulur. 

Ölkə.az xəbər verir ki, Ukraynadakı yeni "Səfərbərlik haqqında" qanun ciddi müzakirələrə və ajiotaja səbəb olub.

Ukrayna Müdafiə Nazirliyinun bununla bağlı məlumatında deyilir ki, səfərbərliyin əsas məqsədlərindən biri hazırda döyüş meydanında olan 330 000 hərbçini əvəz etmək, qalan 170 min çağırışçı cəbhədəki vəziyyətdən asılı olaraq yaralıları əvəz edəcək və digər hərbi ehtiyacları ödəyəcək.

Ukrayna cəmiyyətində 500 min insanı səfərbər edilməsi, ciddi ajiotaja və müzakirələrə səbəb olub. Hətta bəzi ekspertlər bunun real olmadığını düşünürlər.

Lakin iki ildən artıqdır ki, cəbhədə rotasiyasız və praktiki olaraq məzuniyyətsiz qalan taqətdən düşmüş hərbi qulluqçuları yeni qüvvələr əvəzləməlidir. Amma orduya getmək istəyənlər çox deyil.

Ona görə də hazırda müzakirədə olan qanun layihəsinə 4 mindən çox düzəliş təqdim edilib.

Ekspertlər bildirir ki, Ukraynanın müdafiəsinə könüllü getmək istəyən kişilərin ehtiyatı tükənib, hərbi yaşda olan kişilərin əhəmiyyətli hissəsi cəbhəyə getmək istəmir.

Qanunda ən ciddi etirazlara səbəb olan bəndlərdən birinin səfərbərlik yaş həddinin 27 yaşdan 25-ə endirilməsidir. Siyasətçilər hesab edir ki, hərbi xidmətə çağırış yaşının 25-ə endirilməsi gənc nəslin intiharı deməkdir.

Ukrayna parlamentinin iqtisadi məsələlər komitəsinin açıqladığı məlumata görə, ölkədə 25-60 yaş arasında olan 11,1 milyon kişidən yalnız 3,7 milyonu səfərbər olmaq hüququna malikdir. Digər kişilər ya döyüşür, ya şikəstdir, ya xaricdə yaşayır, ya da zəruri işçi hesab olunur. Zəruri sayılan işlərə görə, Ukraynada səfərbərlikdən azad edilmiş 550.000-700.000 insan var. 

Fevral ayında "Info Sapiens"in sorğusu göstərdi ki, kişilərin 48%-i döyüşməyə hazır deyil. Yalnız 34%-i döyüşə hazır olduğunu bildirib.

"İnfo Sapiens”in araşdırmasına görə, ölüm və əlillik qorxusu ilə yanaşı, səfərbərlikdən yayınmağa çalışanların əsas problemləri kifayət qədər hazırlıq, qeyri-müəyyən xidmət müddəti, silah və sursat çatışmazlığı olub.

Ukrayna Müdafiə Nazirliyinin açıqlamasına görə, yeni səfərbərlik qanunu bu problemləri həll etmək məqsədi daşıyır. İlkin layihənin xidmət müddəti üç il və minimum üç aylıq təlim nəzərdə tutulur. 

"Səfərbərlik haqqında" qanun layihəsinə ayın sonunda ikinci oxunuşda baxılacağı gözlənilir. 

Mürtəza
Ölkə.Az

0.16203689575195