KİV: Aİ Ukraynaya hərbi yardımla bağlı razılığa gələcək

 

Avropa İttifaqı (Aİ) ölkələri yaxın vaxtlarda Ukraynaya silah-sursat tədarük edilən Avropa Sülh Fondunun həcminin 5 milyard avro artırılmasına razılıq verəcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, müvafiq saziş quruma üzv ölkələrin nümayəndələrinin martın 13-də keçiriləcək iclasında rəsmi təsdiqini almalıdır. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, fond çərçivəsində Aİ-də istehsal olunan silahların tədarükünə üstünlük veriləcək. Bununla belə, üçüncü ölkələrdə istehsal olunan silahların yalnız bu dövlətlərdə alına bildiyi halda ötürülməsi ehtimalı istisna edilmir.

Fevralın 1-də Brüsseldə keçirilən sammitdə Aİ liderləri Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel təkid etdiyi kimi, Ukraynaya hərbi təchizatın maliyyələşdirilməsi üçün Avropa Sülh Fondunun 5 milyard avro artırılması barədə qərar qəbul edə bilməyiblər. Bu fondun artırılması ilə bağlı müzakirə mart ayına qədər təxirə salınıb.

 

0.12161302566528