Ərdoğan  Putini Türkiyədə qəbul etməyi planlaşdırır - Bu tarixdən sonra

 

Vladimir Putinin Rusiyada prezident seçkilərindən sonra Türkiyəyə səfəri gözlənilir.

"Ölkə.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində xarici səfirlər qarşısında çıxışında deyib.

“Biz hər iki Qara dəniz qonşumuzla dialoqumuzu davam etdiririk. Seçkilərdən sonra Rusiya prezidenti Vladimir Putini qəbul edəcəyik”, - Ərdoğan bildirib.

Qeyd edək ki, fevralın sonunda Putin Ərdoğanla telefon danışığı aparıb və bu zaman o, Türkiyəyə səfərini çox gecikdirməyəcəyini açıqlayıb.

Səfər zamanı İstanbul prosesi üzrə danışıqların davam etdiriləcəyi, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaların əldə olunacağı proqnozlaşdırılır.

0.13543391227722