Ramazan ayında dodaq boyasının orucu pozub-pozmaması barədə sual maraq doğurub.
Ölkə.Az "Hürriyet"ə istinadla xəbər verir ki, Türkiyənin Dəyanət İşləri Nazirliyi bu suala aydınlıq gətirib.
Qurumun açıqlamasında bildirilib ki, makiyaj, saç boyama və saç baxımı bu çərçivədə olmadığı üçün orucu batil etmir.
Dodaq boyaına gəlincə isə qeyd edilib ki, ağızdan qəbul edilən və mədəyə çatan hər şey orucu pozduğu üçün diqqətli olmaq lazımdır.
"Dodaq boyası çəkmək orucu pozmaz, lakin dodağa çəkilən pomada mədəyə çatması yaxşı hal deyil. Bu vəziyyətdə çox diqqətli olmaq lazımdır" - açıqlamada deyilir.
Billurə