Buz parçasını “oğurlayan” 200 sakin şəhəri belə tərk etmək istədi

 

İki yüzdən çox Vladivostok sakini və şəhərin qonaqları bu gün nəhəng buz parçası üzərində gəzintiyə çıxıblar.

"Ölkə.az" xəbər Rusiya mətbuatına istinadən xəbər verir ki, polis onlara mane olmayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da onları xilas etməyə cəhd etməyiblər.

Çünki tədbir ənənəvidir. “Buz oğurluğu” adı verilən tədbir yeni avarçəkmə mövsümünün açılışına təsadüf edir. Qeyri-adi tədbirdə yalnız təlim keçmiş idmançılar iştirak edib.

Artıq beş ildir ki, ənənə davam edir. Hadisədən bir neçə gün əvvəl qayıq qarajlarının yaxınlığında uyğun buz parçası tapılıb. Bu gün Vladivostok vaxtı ilə düz 10.30-da mərasimə start verilib. İki yüz nəfər sinxron avar çəkməyə başlayıb. Bir saat ərzində buz kütləsi bir neçə yüz metr üzüb.(Publika.az)

0.13338994979858