Trampın Ukrayna ilə bağlı gizli planı – Bild

 

ABŞ-ın keçmiş prezidenti və 2024-cü ilin noyabrındakı prezident seçkilərində iştirak etməyi planlaşdıran Donald Tramp Ukraynadakı münaqişənin həlli planını hələ təqdim etməyib, lakin mühafizəkar dairələrdə yayılan fikirlər bu planın necə ola biləcəyi təsəvvürünü yaradır.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Qeyd edilib ki, Tramp 24 saat ərzində münaqişəni dayandıracağını iddia etsə də, detalları açıqlamayıb. Lakin ABŞ-ın mühafizəkar dairələri məsələyə bu mövqedən yanaşır: Rusiya Krımı və digər əraziləri nəzarətində saxlayır, Kiyevin NATO-ya üzvlüyü isə bloklanır.(axar.az)

 

0.14463400840759