İki yaşlı Həmzənin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Jalə Kərimli məlumat verib.
O bildirib ki, övladı 8 aylıq olarkən onun beta-talassemiya xəstəliyindən əziyyət çəkdiyini öyrənib.
“Həmzənin artıq iki yaşı var, o, 8 aylıq olarkən onun beta-talassemiya xəstəliyindən əziyyət çəkdiyini öyrəndik. Həmin gündən müalicələrini etsək də, müsbət heç bir irəliləyiş qeydə alınmayıb. Ayda iki dəfə qan köçürülməsi üçün Talassemiya Mərkəzinə gedirik”.
Gənc ana Həmzənin onun tək övladı olduğunu bildirib.
“Həmzə bizim yeganə övladımızdır. Yoldaşım fəhlə işləyir, özümüz də kirayədə qalırıq. Tək yoldaşımın qazancı ilə kirayəni, yeməyimizi güclə çatdırırıq. İnanın, övladıma yemək üçün ət belə ala bilmirəm. Vəziyyətimiz çox ağırdır. Həmzənin aylıq müalicəsi üçün 1 000 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 679-56-79.
Kart nömrəsi: 4198 4185 7004 1416.