İnsan həyatını xilas etmək çox önəmli, təhlükəli, eyni zamanda şərəfli işdir.
Bunu 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində “Report”a müsahibəsində mütəxəssis-xilasedici Gülnarə Əliyeva deyib.
G.Əliyeva 2007-ci ildən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində çalışır. Çevik və insansevər olması onu bu peşəni seçməyə sövq edib: “Artıq 17 ildir ki bu işlə məşğulam. İnsan həyatını xilas etmək çox önəmli, təhlükəli, eyni zamanda şərəfli bir işdir".
Həmsöhbətimiz bildirib ki, evli olması onun işinə heç vaxt maneə törətməyib: "Həyat yoldaşım işimlə bağlı hər zaman yanımda olub. İki övladım var, onlar hazırda idmanla məşğul olurlar. Mən işimi çox sevirəm. Qızlarımın da bu peşəni seçməsini istəyərəm".
Daha ətraflı videomaterialda: