Prokurorluq həkimlə bağlı qərardan protest verdi

 

Bakı Apellyasiya Məhkəməsi tərəfindən 15 nömrəli şəhər Poliklinikasının həkim-cərrahı vəzifəsində işləmiş Könül Sultanova barəsində çıxarılmış bəraət hökmündən martın 6-da dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

Bu barədə Baş Prokururluqdan bildirilib.

Qeyd edək ki, K. Sultanovanın Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə o, təqsirli bilinərək, 3 min manat cərimə cəzasına məhkum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edib, K.Sultanovaya bəraət verib.

 

0.14656186103821