Bu universitet 9 vəzifəyə işçi axtarır - SİYAHI

 

Azərbaycan Texnologiya Universiteti bir sıra vakant olan vəzifələrin tutulması üçün müsabiqə elan edib.

Ölkə.Az-ın məlumatına görə, vakansiyalar aşağıdakı kimi sıralanıb:

Qida mühəndisliyi və ekspertiza kafedrası - dosent - 2 yer

Maşın mühəndisliyi və logistika kafedrası - dosent 1 yer, baş müəllim - 1 yer 

İqtisadiyyat kafedrası - dosent 1 yer, baş müəllim - 1 yer

İctimai elmlər və multikulturalizm kafedrası - baş müəllim 1 yer 

Yüngül sənaye mühəndisliyi və dizayn kafedrası dosent - 1 yer, baş müəllim - 1 yer

Sənədlərin təqdim olunması bu gündən 1 ay müddətindədir. Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağı- dakı ünvana təqdim edilməlidir.

Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.I.Xətai
Telefon: 022 257 56 29

Billurə

0.1649022102356