Hüquqşünasdan kişilərə XƏBƏRDARLIQ

 

Hüquqşünas Fərhad Mehdiyev kişilərə sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmaları barədə xəbərdarlıq edib.

Ölkə.Az xəbər verir ki, o, sosial şəbəkə istifadəçilərinə bununla bağlı tövsiyələr verib:

"Feysbukda yeni metodla işləyən dələduzlar peyda olub. Bunların hədəfi yalnızlıqdan əziyyət çəkən kişilərdir.

Əvvəlcə dost olmaq adı ilə yazırlar, səhifələrində hansısa göyçək qızın şəkillərini paylaşırlar. Saxta profillər bir neçə illikdir. Özlərini uğurlu iş qadını, biznes sahibi kimi təqdim edirlər, münasibət təklif edirlər. Hətta "google translate"dən istifadə edib sizə Azərbaycan dilində yaza bilərlər. Daha sonra telefonla "qurbanın" şəxsi məlumatları toplanır, ya "qurbana" gələn kodu soruşub feysbuku ələ keçirirlər, ya da virus göndərirlər, bank məlumatlarını ələ keçirirlər. 

Hörmətli Azəraycan kişisi, əgər sənə ölkədə baxan bir xanım yoxdursa, çətin ki bir fransız ya da amerikalı səni onlayn rejimdə bəyənsin. Amma pulunuz varsa, onlara tamah salan çox kəs tapılar. Odur ki, həyatda görmədiyiniz, şəxsiyyətinə bələd olmadığınız insanlara şəxsi məlumatlarınızı verməyin, şəxsi məlumatlarınızı başqasının oğurlaması üçün şərait yaratmayın" ,- deyə o əlavə edib.

 

0.1463041305542