“Embafinans” bank olmayan kredit təşkilatı 1,5 milyon borc alır.
“Ölkə.Az”ın məlumatına görə, kredit təşkilatı hər birinin nominal dəyəri 1000 manat olan 1500 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxır.
İstiqrazların tədavül müddəti 18 ay, illik gəliri 11,5% müəyyən olunub.
Qeyd edək ki, “Embafinans” QSC 25.06.2012 tarixində dövlət qeydiyyatına alınıb, səhmdarları Abbasov Elşad İnşalla oğlu (86%), Polyakova Tamara Başirovnadır (14%).
Könül
Ölkə.Az