"Bank BTB" və "Ziraat Bank Azərbaycan"ın rəhbərliyində dəyişiklik olub.
"APA-Economics"in əldə etdiyi məlumata görə, Abbasov Nihad Oktay oğlu "Bank BTB"in İdarə Heyətinin yeni üzvü seçilib. Bununla da, bankın İH-nin tərkibi yenidən 3 nəfərdən ibarət olub.
Paralel olaraq, Furat Ekrem Mehmet "Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinə yeni üzv seçilib. Ahmet Kudret İşler isə Bankın İdarə Heyətindən ayrılıb. Hazırda bankın İH-nin tərkibi 5 nəfərdən ibarətdir.