Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Şəmkirdə ferma tikdirir.
Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı paylaşım edərək, ferma işlərinin yarımçıq qaldığını deyib. O bildirib ki, Şəmkirdə nənəsinə aid torpaq sahəsində tikdirdiyi fermanı tamamlamağa icazə verməyiblər:
"Şəmkirin bəzi icra nümayəndələri bizim kiçik fermamızı sökməyə gəliblər. Orada balaca göl tikmişdim ki, heyvanlar su içsin, içərisində balıqalr olsun, amma onu da sökürlər. Suyu doldurmağa belə vaxt olmadı.
Dubay və Tailanddan sonra kəndə gəldim, ilhamlandım. Qərara gəldim ki, təbiətə və heyvanlara yaxın olmaq, dünyada baş verənləri düşünməmək üçün gedə biləcəyim bir ferma tikdirim. Torpaq sahəsi nənəmə aid idi və tikintiyə başladım. Bildirdilər ki, bu sahədə əkin işləri edəcəklər. Mən də işimizin bu olduğunu dedim. Amma razılaşmayıb, söküblər. Axı mən şəhərin mərkəzində hündürmərtəbəli biznes mərkəzi tikmirəm. Enerjimi yeni bir işə sərf etmək istəyirdim.
Əsəbiləşdim, kiminlə və necə əlaqə saxlamalı olduğumu bilmirəm. Ümid edirəm ki, lazımi qurumlardan bunu kimsə görüb mənə yardım edəcək".