Sənaye zonalarında istehsal olunan məhsulların dəyəri açıqlandı - Bu ölkələrə ixrac olunur

 

Sənaye zonaları üzrə indiyədək ümumilikdə 12,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,9 milyard manatlıq və ya 32,2%-ə yaxın hissəsi ixrac olunub.

"Ölkə.Az" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.

Onun sözlərinə görə, 2023-cü ildə sənaye zonalarının rezidentləri tərəfindən 3,3 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 989 milyon manatı ixracın payına düşür: "2022-ci illə müqayisədə satış 12,5% artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 18,6%, ixracında isə 23,6% təşkil edib.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dək ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac edilib".

"2024-cü il ərzində İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Bu müəssisələrdə ümumilikdə, təqribən 1000 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır", - deyə S. Adıgözəlov əlavə edib.

Könül
Ölkə.Az

 

0.18663597106934