Bazarda bəzi tikinti materialları bahalaşıb, bəzilərində isə ucuzlaşma var.
Sahibkarlar deyirlər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində artım var.
Bəzi materialların isə əksinə, ucuzlaşdığı müşahidə edilir. Qiyməti ən çox enən isə dam örtükləridir.
Satıcılar taxta qiymətlərinin digər materiallara nisbətən daha çox artdığını qeyd ediblər. Lakin yaxın günlərdə bir az da bahalaşma olacağı gözlənilir. İqtisadçı - ekspert Xalid Kərimli deyir ki, artım ən çox Rusiyadan gələn materiallarda özünü göstərir. Həmin ölkənin sahibkarları başqa bazarlarda itirdikləri gəliri Azərbaycana göndərilən məhsulların qiymətini artırmaqla konpensasiya edirlər.
Ekspertin fikrincə, digər tikinti materiallarının bahalaşması isə daşıma və əlavə xərclərlə əlaqədardır. Qum və sementin qiymətinin artması isə yerli səbəblərlə bağlıdır. Bu sahələrdə sərt ekoloji və daşıma qaydalarının tətbiqi qiymətlərə təsir edir.