Cari ilin ilk ayında “Bakı Metropoliteni” QSC 17 milyon 252 min 693 sərnişin daşıyıb. Bu, orta statistik hesabla gün ərzində 556 min 538 sərnişin deməkdir.
“Bakı Metropoliteni” QSC bildirib ki, metropolitenin xidmətindən istifadə edən sərnişinlərin 489 min 761 nəfərini ödənişsiz istifadəçilər təşkil edib.
“Ən çox sərnişin daşınan gün yanvarın 12-si olub – 687 min 779. Yanvarın 14-ü Bakı metrosuna ən az sərnişin daxil olan gündür – 351 min 455. Pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə yanaşı (7,1 faiz az), ötən ilin yanvar ayı ilə (0,3 faiz az) müqayisədə də metropoliten 2024-cü ilin ilk ayında daha az sərnişin daşıyıb”, - deyə məlumatda bildirilir.