Türkiyədə benzin və dizel bahalaşdı - YENİ QİYMƏT 

 

Türkiyədə benzin və dizelin qiyməti yenidən bahalaşıb. 

FED.az biznes və maliyyə xəbərləri portalı Türkiyə mətbuatına istinadla xəbər verir ki, benzinin 1 litrində 0,55 lirə, dizelin hər litrində isə 0,69 lirə artım olub. 

Yeni qiymətlər bu gündən tətbiq olunmaya başlayıb.

Belə ki, hazırda benzinin qiyməti 19,21 lirə , dizel yanacağının satış qiyməti isə 25,21 lirədir. 

0.14782118797302