Gözəllik salonu rəqqasənin başına bəla oldu, məhkəməyə verildi

 

"Göyçək Fatimə" ləqəbi ilə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva məhkəməyə verilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, rəqqasəyə qarşı "Banu Beauty" gözəllik salonu iddia qaldırıb.

İşin mahiyyəti isə ona məxsus gözəllik salonunun digər gözəllik salonu ilə eyni adı daşımasıdır.

F.Fətəliyeva İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, məhkəməyə verilməsinin səbəbi ona məxsus “Banu” adlı gözəllik salonunun adı ilə bağlıdır.

Sənətçi deyir ki, 12-13 il əvvəl əcnəbi söz olduğu üçün "Mon Amour" adlı gözəllik salonunun adını dəyişərək "Banu VIP Beauty" qoyub. Bir neçə il əvvəl isə iki xanım onun yanına gələrək gözəllik salonunun adını dəyişməsini tələb ediblər. F.Fətəliyeva səbəbini soruşduqda həmin şəxslər onlara məxsus eyni adda gözəllik salonunun olmasını əsas gətiriblər.

Rəqqasə həmin şəxslərin ondan ya gözəllik salonunun adının dəyişdirilməsini, ya da 10 min manat tələb etdiklərini söyləyib. Sənətçi isə onlara heç bir məbləğdə pul verməyəcəyini bildirib.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, F.Fətəliyeva "Banu" adında gözəllik salonu ilə yanaşı rəqs qrupu, moda və xına evinə sahibdir. O, rəqqasəliklə bərabər biznes fəaliyyəti ilə də məşğuldur.

0.13420391082764