Meyvə-tərəvəz ucuzlaşacaq? – AÇIQLAMA   

 

Dövlət Gömrük Komitəsinin son hesabatına əsasən, ötən il ölkəmizə 352 min 882 ton meyvə-tərəvəz gətirilib ki, bunun da dəyəri 229 milyon 914 min ABŞ dolları olub.

Bu rəqəm əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 25 min 216 ton(6.6%), dəyər ifadəsi ilə 6 milyon 73 min ABŞ dolları (2.5%) azdır. 2022-ci ildə bu rəqəm 378 min 98 ton miqdarında, 235 milyon 987 min ABŞ dolları dəyərində olub.

Keçən il ölkəyə gətirilən meyvə-tərəvəzin bir tonu üçün 651 ABŞ dolları olub ki, bu da, əvvəlki illə müqayisədə 27 ABŞ dollar (4%) çoxdur. 2022-ci ildə bu 624 ABŞ dolları olub. Ötən il ölkəyə gətirilən meyvə-tərəvəz, ümumi idxalın 1.33 fazini təşkil edib.

İdxal qiymətləri niyə bahalaşıb? 

İqtisadçı-ekspert Rəşad Həsənov Bizim.Media-ya açıqlamasında Dövlət Gömrük Komitəsinin hesabatları əsasında aparılan qiymətləndirmələrin düzgün olmayan təəssüratlar yaratdığını bildirdi:

“BMT-nin FAO təşkilatının açıqlamalarına görə dünya bazarlarında qida məhsullarının o cümlədən meyvə və tərəvəzlərin ötən dövr ərzində ucuzlaşması müşahidə olundu. Ancaq DGK-nin hesabatları əsasında aparılan hesablamalarda müəyyən texniki qüsurlar olur. Çünki gətirilən məhsulların strukturu bu məsələdə çox vacibdir. 

Əgər bir sahibkar ucuz kartof məhsulundan daha çox gətirərsə, o zaman ixrac xərcləri də aşağı düşür. Yaxud kimsə bahalı ekzotit meyvələrindən gətirərsə, o zaman gömrük dəyər ifadəsi də yüksək olacaq. Bu baxımdan da tona görə çıxarılmış orta qiymət ciddi fərq yaradır və mübahisələndirməni aparan zaman diqqətli olmaq lazımdır”. 

Ekspertin sözlərinə görə, 2023-cü ildə dünya bazarlarında meyvə və tərəvəzlərin qiymətlərində ucuzlaşma qeydə alınıb: 

“Bu özünü Azərbaycanın idxal prosesində də göstərib. Bu da o deməkdir ki, daxili bazarlarda müvafiq məhsullar üzrə qiymətlərin bahalaşmasının idxalla və idxal qiymətləri ilə heç bir əlaqəsi yoxdur. Burada nəqliyyat xərclərinin artması, bazardakı sahibkarlıq subyektlərinin sayının azalması, təşviq istiqamətində rəqabətin zəifləməsi, və ya inflyasiya səbəbindən kapitalın dəyərsizləşməsi kimi hallarla bağlı ola bilər. 

Ötən dövr ərzində əmək fonduna ayırmalarda müəyyən artımlar baş verdi. Ona görə ki, baş verən inflyasiya əmək haqlarının artırılması zərurətini ortaya çıxartdı. Bunlar sahibkarların xərclərini müəyyən qədər artırır və dolayısı ilə bazarda son istehlak qiymətlərinə öz təsirini göstərir”. 

0.1683521270752