10 milyonluq satıb, 111 milyonluq almışıq

 

Ötən il Azərbaycan 9 milyon 705 min ABŞ dollar dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edib.

Bu rəqəm əvvəlki illə müqayisədə 2 milyon 313 min ABŞ dolları (19%) azdır. 2022-ci ildə bu, 12 milyon 19 min ABŞ dolları dəyərində olub.

2023-cü ildə 111 milyon 280 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal olunub ki, bu da 2022-ci illə müqayisədə 11 milyon 40 min ABŞ dollar (11%) çoxdur. 2022-ci ildə bu rəqəm 100 milyon 239 min ABŞ dollar təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə idxal olunan kakao və ondan hazırlanan məhsullar ümumi idxalın 0.64 faizini, ixrac isə ümumi ixracın 0.03 faizini təşkil edib.

©Valyuta.az

0.14484095573425