“Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus simulyator hərraca çıxarılır.
“Ölkə.Az”ın məlumatına görə, hərrac Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 20-də təşkil olunacaq.
ATR 72-500 markalı, ATR-42/72 hava gəmisi üzrə pilotların hazırlanması üçün istifadə olunan simulyatorun buraxılış ili 2010-cu ildir.
Simulyatorun start qiyməti 4,4 milyon manat, beh isə 440 min manat təşkil edir.
Könül
Ölkə.Az