Paşinyan etdiklərini Putinin üstünə yıxmağa çalışır - Şapovalov

 

"Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddətdir Rusiyadan uzaqlaşıb Qərbə meyillənmək siyasətini həyata keçirməkdədir. O bu siyasətini həyata keçirmək üçün Qarabağ müharibəsindəki məğlubiyyətini Rusiyanın üzərinə yıxmaqla həyata keçirir".

Ölkə.Az xəbər verir ki, bunu politoloq Vladimir Şapovalov deyib.

O deyib ki, Paşinyan bununla Qarabağ müharibəsindəki məğlubiyyətə görə özünə və tərəfdarlarına haqq qazandırmaqdır: "Bildiyiniz kimi, Paşinyan buna görə Rusiya və KTMT-ni günahlandırmağa çalışır. Amma əslində Rusiya bütün öhdəliklərini yerinə yetirir. Üstəlik, Qarabağda münaqişənin sona çatmasını təmin edən Rusiya sülhməramlıları olub.  Ermənistanın hərbi-siyasi məğlubiyyəti ilə bağlı bütün məsələlər Paşinyanın vicdanındadır, öhdəliklərini tam yerinə yetirən Rusiyanın yox.

İkincisi, Rusiya və KTMT müttəfiqləri ilə münasibətlərin tədricən zəifləməsi xəttidir.

Üçüncüsü, Qərb mərkəzçiliyi və Avropaya inteqrasiya xətti, Qərb dövlətləri ilə tədricən yaxınlaşma.

Paşinyan bütün bu xətləri eyni anda yerinə yetirir".

Politoloq əlavə edib ki, ondan bu istiqamətdə demarşlar görür. "İndiyədək Ermənistan rəsmən KTMT-dən çıxmasa da, lakin eyni zamanda biz mütəmadi olaraq belə bəyanatlar eşidirik”, - ekspert qeyd edib.

Mürtəza
Ölkə.Az

 

0.15639281272888