Azərbaycanda İslam bankçılığı ilə bağlı YENİLİK

 

Azərbaycanda İslam bankçılığı və İslam kapital məhsulu olan “Sukur”un tətbiqinə yaşıl işıq yandırıldı.

“Ölkə.Az” xəbər verir ki, bunu iqtisadiyyat üzrə fəlsəfə doktoru, İslam bankçılığı üzrə ekspert Ruslan Atakişiyev deyib.

O bildirib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən “2024-2026 Maliyyə sektorunun İnkişaf Strategiya”sı sənədində İslam bankçlığının Azərbaycanda tətbiqinin xüsusi hüquqi çərçivədə işə salınması ilə bağlı müddəalar öz əksini tapıb. Həmçinin sənəddə sukukla bağlı hüquqi çərçivənin yaradılması öhdəliyi qoyulub: 

“Bu da deməyə əsas verir ki, qarşıdakı iki il ərzində Sukuk bazarının tətbiqinə başlanılacaq”.
Ekspert qeyd edib ki, 2022-ci ildə aparılan araşdırmalara görə Azərbaycanda İslam bankçılığı açıldığı halda 82%-ə yaxın mikro, kiçik və orta sahibkarın bu xidmətərdən istifadəyə marağı olacaq: “Ümumilikdə, lizinq və mikromaliyyələşmə bazarlarında da alternativ maliyyələşməyə diqqət artacaq”. 

Könül
Ölkə.Az

 

0.24445414543152