Stalinə "məni qane etməyən sizin əclaflığınızdır" demişdi - Sokolnikov kim olub?

 

Öz dövrünün ən cəsarətli dövlət məmurlarından biri sayılıb. Qriqori Sokolnikov rəsmi tədbirlərdə hər hansı bir məsələyə münasibətini açıq şəkildə bildirməkdən çəkinməyib. Hətta Sokolnikova partiya qurultayında söz verməyəndə o, icazəsiz tribunaya qalxıb. Onun bu hərəkəti heç vaxt təmkinini pozmayan Stalinin qəzəbinə səbəb olub:

- Yoldaş Sokolnikov, siz qurultayın gündəliyini pozursunuz. Bu, kommunist mədəniyyətinə sığışmır. Keçin yerinizdə əyləşin.

- Məm yerimdə əyləşsəm, siz hələ partiyanın rəhbərliyində çox qalacaqsınız.

Sonra Sokolnikov tribunadan çıxışını davam etdirib:

- Mən bütün qurultay nümayəndələrinə müraciət edirəm. İosif Stalini partiyanın baş katibi vəzifəsində saxlamaq yolverilməzdir. Heç bir təhsili, savadı, intellekti olmayan bir şəxsə Kommunist Partiyasını etibar etmək olmaz. Stalin partiyanı və ölkəni öz qanunları ilə idarə edir. Bu isə Lenin ideyalarına ziddir və ölkəni uçuruma aparır. Mən təklif edirəm ki, Stalini partiya rəhbərliyindən uzaqlaşdırmaq məsələsini qurultayın gündəliyinə salaq...

cr7pn2qjdax1xdg490dbmg2p8o3jhnxv.png (244 KB)

Bu təklif qurultay nümayəndələri tərəfindən qəbul edilməsə də Sokolnikov sonralar da öz mübarizəsini davam etdirib.

Qriqori Sokolnikov kim olub?

O, 1988-ci ildə Poltavada zəngin bir yəhudi ailəsində anadan olub. Amma bu zənginlik, var-dövlət onu maraqlandırmayıb. Apteklər şəbəkəsinə sahib olan atası arzulayıb ki, Qriqori gələcəkdə onun işlərini davam etdirsin. Sokolnikov isə gənc yaşlarından siyasi proseslərə qatılaraq atasının arzularını gerçəkləşdirməyib.

Siyasi fəaliyyətinə görə Sokolnikov 1907-ci ilin fevral ayında həbs olunub və Sibirə sürgün edilib. Elə həmin ildə o, üçüncü cəhddən sonra sürgündən qaçmağa müvəffəq olub. Bir müddət İsveçrədə və Fransada məskunlaşıb. Bu ərəfədə Sokolnikov Paris Universitetinin iqtisadi hüquq fakültəsini bitirib.

Sokolnikov 1917-ci ildə gizli yolla Rusiyaya qayıdıb. Moskva şəhər və vilayət Partiya Komitələrinin büro üzvlüyünə seçilib və Leninlə sıx əlaqələri yaranıb. Lenin onu SSRİ-nin ilk maliyyə komissarı (naziri) təyin edilib. Ümumiyyətlə Sokolnikov SSRİ-də maliyyə və bank sisteminin qurucusu kimi tarixə düşüb. 1922-1924-cü illərdə, çox mürəkkəb bir şəraitdə Sokolnikov pul islahatını böyük uğurla həyata keçirib və bununla da maliyyə böhranını aradan qaldıra bilib. Məhz Sokolnikovun maliyyə komissarı olduğu dövrdə sovet bankları fəaliyyətə başlayıb, Dövlət Bankının əsası qoyulub və yeni yaradılmış SSRİ-də normal maliyyə sistemi işə düşüb.

p2wlqxi0kckxksqy4r1vhgds35mmgsge.png (151 KB)

Yuxarıda qeyd etdiyimiz qurultaydakı çıxışından sonra Sokolnikov 1926-cı ildə maliyyə komissarı vəzifəsindən azad edilərək nisbətən aşağı vəzifəyə, Dövlət Plan Komitəsinin sədr müavini vəzifəsinə təyin edilib. 1935-ci ildə isə Stalinin təşəbbüsü ilə Sokolnikov Dövlət Plan Komitəsindən də uzaqlaşdırılıb və meşə sənayesi komissarının müavini vəzifəsinə təyinat alıb. Bu yerdəyişmə zamanı Stalinlə Sokolnikov Mərkəzi Komitədə görüşüblər. Həmin görüşdə Vyaçeslav Molotov da iştirak edib. Stalin münasibətlərə aydınlıq gətirmək istəyib:

- Yoldaş Sokolnikov, məni bir sual düşündürür. Bizim fəaliyyətimizdə sizi nə qane etmir?

Sokolnikovun Stalinin sualına cavabı qısa olub:

- Siz əclafsınız. Məni qane etməyən də sizin əclaflığınızdır. Nə vaxta qədər günahsız insanları məhv edəcəksiniz?

Bu cavabdan sonra Sokolnikov kabineti tərk edib.

Sözsüz ki, Stalinin məqsədi Sokolnikovu siyasi müstəvidən birdəfəlik uzaqlaşdırmaq olub. Amma o, bu işə tələsməyib. Çünki hələ 1920-1930-cu illərdə Stalinə müxalif olan qüvvələr çox da zəif olmayıb. Bu səbəbdən də Stalin öz mövqələrinin möhkəmlənməyini gözləyib. Nəhayət, mütləq hakimliyini bərpa etdikdən sonra 1936-cı ildə Stalin Sokolnikovun həbsinə hökm verib.

26 iyul 1936-cı ildə Sokolnikov Trotski tərəfdarı kimi antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib. İstintaq ərəfəsində ona qarşı qaldırılan ittihamları qəbul etməyən Sokolnikov ağır işgəncələrə məruz qalıb. Sonda ona vəd edilib ki, istintaq materiallarına qol çəkəcəyi halda həyat yoldaşına toxunmayacaqlar. Belə ki, həmin dövrdə “xalq düşmənləri”nin həyat yoldaşları da sürgünə göndərilib. Bu sövdələşmədən sonra Sokolnikov istintaq materiallarına imza ataraq “günahlarını” boynuna alıb.

sokolnikov_grigory.jpg (68 KB)

30 yanvar 1937-ci ildə məhkəmə işini sona çatdırıb. Sokolnikov məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını Tobolsk həbsxanasında çəkib. İstintaq zamanı verilən vəd isə yerinə yetirilməyib. Sokolnikovun həyat yoldaşı Qazaxıstana sürgün edilib. O, ömrünün 18 ilini sürgündə keçirib.

Sokolnikov cəza müddətini başa vura bilməyib. Rəsmi versiyaya görə o, 21 may 1939-cu ildə həbsxanada dustaqlar tərəfindən öldürülüb.  Sonralar, 1956-cı ildə aparılan araşdırmalar  zamanı isə məlum olub ki, Sokolnikovu Lavrenti Beriyanın göstərişi ilə “NKVD”nin zabiti Ptoyr Kubatkin ağır işgəncələr verərək öldürüb.

Musavat.com

0.16314601898193