Bakıda mağazaya daxil olan taksi sürücüsü qətlə yetirilib.
Hadisə səhər saatlarında paytaxtın Nizami rayonunda, metronun “Koroğlu” stansiyasının qarşısında baş verib.
Rayon prokurorluğuna məlumat daxil olub ki, mağazalardan birində 33 yaşlı Nurlan Məmmədov qətlə yetirilib.
Hadisə yerinə istintaq qrupu gəlib, baxış keçiriblər və şahid ifadələrini alıblar. Daha sonra meyit müayinə edilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bakıda həmçinin gecə klublarından birində kütləvi davanın olmasını əks etdirən görüntülər yayılıb. Yayılan məlumatda hadisə nəticəsində 3 nəfərin bıçaqlandığı deyilib.
Hazırda bu hadisə ilə bağlı da istintaq hərəkətləri davam etdirilir.