Üçüncü Dünya müharibəsi başlayacağı təqdirdən ən təhlükəsiz ölkələrin siyahısı açıqlanıb. Nəticədə ortaya çox qəribə və insanları çaşqına çevirəcək məqamlar çıxıb.
Ölkə.Az Üçüncü Dünya müharibəsi zamanı ən təhlükəsiz ölkələrin siyahısını təqdim edir.
Siyahıya qitə kimi Antarktida liderlik edir. Müharibə baş verərsə, bu böyük qitə buzla örtülü olsa da, mümkün III Dünya müharibəsi zamanı bura çox adamın getməsi gözlənilmir.
1) Argentina.
Bu ölkə 1982-ci ildə Cənubi Amerikada nüvə müharibəsindən sonra aclıqdan xilas ola biləcək yer kimi müəyyən edilib.
2) Butan Krallığı.
Butan 21 sentyabr 1971-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olduqdan sonra istənilən münaqişədə neytrallığını elan edib.
Digər tərəfdən dənizə çıxışı olmayan və çoxlu dağlıq əraziyə malik olmaq o deməkdir ki, Üçüncü Dünya müharibəsi başlayarsa, Buta xüsusilə təhlükəsiz olacaq.
3) Çili.
Dünyanın ən uzun sahil xəttinə malik ölkədir. Qonşusu Argentina kimi, Çili də müxtəlif məhsullar və təbii sərvətlərlə bərəkətlidir. Beləliklə, özünüzü təcrid olunmuş hiss etsəniz də, onun infrastruktur səviyyəsi və müasir texnologiyaya çıxışı o deməkdir ki, 3-cü Dünya müharibəsi başlasa, ideal yer ola bilər.
4) Fici.
Müharibə başlayanda uzaq bir ölkədə olmaq istəyənlər üçün Fici ən münasib yer ola bilər. Ordusu cəmi 6000 nəfərdən ibarət olduğundan hərbi strategiyası da yoxdur. Bu da onun Qlobal Sülh İndeksində yüksək yer tutmasına imkan verir. Digər tərəfdən ərazisinin çox hissəsini sıx meşələr, bol mineral və balıq ehtiyatlarından ibarət olduğu üçün bu ölkə III Dünya müharibəsindən yayınmaq üçün əla yer ola bilər.
5) Qrelandiya.
Qrenlandiya uzaq, dağlıq və siyasi cəhətdən neytraldır, bu da onu fövqəladə vəziyyətlərdə ideal sığınacaq halına gətirir. Bu baxımdan adanın hər hansı qlobal supergüc tərəfindən hədəfə alınma ehtimalı azdır.
6) İslandiya.
İslandiya dünyanın ən sülhsevər ölkələrindən biri kimi tanınır və davamlı olaraq Qlobal Sülh İndeksində birinci yerdədir. İslandiya şirin su, dəniz ehtiyatları və bərpa olunan enerji mənbələri sayəsində digər ölkələrdən asılı olmayacaq.
7) İndoneziya.
İndoneziya da dünyada siyasi məsələlərdə adətən neytral mövqe tutduğu üçün bu siyahıya daxil edilib.
Onu da qeyd edək ki, İndoneziya sözügedən siyahıda yer alan yeganə İslam ölkəsidir.
8) Yeni Zellandiya.
Qlobal Sülh İndeksində ikinci yeri tutan Yeni Zelandiya uzun müddətdir ki, münaqişələrə qarşı neytral mövqeyinə görə təqdir olunur.
9) İsveçrə.
İsveçrə siyasi neytrallığa malik olduğundan gözlənilən müharibədən asanlıqla kənarda qalan olan ölkə ola bilər. Ölkə 200 ilə yaxındır ki, beynəlxalq siyasət məsələlərində bitərəf mövqeyi ilə tanınır.
10) Cənubi Afrika.
Bu ölkə zəngin qida mənbələrinə, eləcə də bol münbit torpaq və şirin suya ev sahibliyi sayəsində yer qazanır. Ölkənin müasir infrastrukturu da sağ qalma şansınızı artıra bilər.
Mürtəza
Ölkə.Az