KİV: Moskvaya uçan təyyarə qəzaya uğrayıb

 

Moskvaya uçan Hindistan şirkətinə məxsus təyyarə Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb.

Bu barədə yerli mənbələrə istinadən Aamaj News agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən Bədəxşan əyalətində qəzaya uğrayıb. Agentlik təyyarənin modeli və göyərtəsində olan təxmini sayı barədə məlumat verməyib.

 

 

 

0.1299159526825