"Trendyol"dan alış-veriş edənlərin nəzərinə: qiymətlər düşəcək

 

Türk lirəsinin ucuzlaşması qardaş ölkədən sifariş edilən məhsulların qiymətində ucuzlaşma yarada bilər.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, bu, müəyyən dərəcədə "Trendyol"dan sifariş edilən məhsulların qiymətində də hiss edilə bilər.

Qeyd edək ki, Türk lirəsi dollar qarşısında dəyər itirməkdə davam edir. Son məlumata görə, dollar lirə qarşısında 0.18% bahalaşaraq rekord səviyyəyə - 30 lirəyə çatıb. Avro isə lirə qarşısında 0.13% dəyər qazanaraq 32,95 lirə olub. Azərbaycan Mərkəzi Bankının bu günə açıqladığı məzənnəyə əsasən, 1 lirə 0,0567 manata ticarət edilir. Ekspertlər Türkiyənin milli valyutasının ABŞ dolları qarşısında bu qədər dəyər itirməsinin Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcəyini hesab edir.

0.19148898124695