İran bankının Bakı filialında 32 milyon manat yığılmış ZƏRƏR

 

“Melli İran Bankı”nın Bakı filialı 2023-ci ilin yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

“Ölkə.Az”ın məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 121,764 mln manat təşkil edib. Bu isə 2022-ci ilin sonu ilə müqayisədə 26% çoxdur.  

Bank tərəfindən müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 2,3 dəfə azalaraq 4,079 mln manat təşkil edib. 

İran bankının Azərbaycan filialının cəmi öhdəlikləri isə 1 il ərzində 35,9% artaraq 80,607 mln manat təşkil edib. Bankın maliyyə institutları qarşısında öhdəlikləri 19,241 mln manat, müştəri hesabları 44,027 mln manat təşkil edir.

Nizamnamə kapitalı 73,611 mln manat təşkil edən bankın bölüşdürülməmiş zərəri 32,454 mln manat olub. Bankın cəmi kapitalı illik müqayisədə 10,4% artaraq 41,157 mln manat təşkil edib.

Öttən ilin dekabrın 31-nə “Melli İran Bankı”nın Bakı filialının xalis faiz gəlirləri 3,058 mln manat olan bankın aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmaları 3,248 mln manat, xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 88,501 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 130,197 min, haqq və komissiya gəlirləri 53,236 min manat, haqq və komissiya xərcləri 95,839 min manat, digər gəlirləri 11,620 min manat, inzibati xərcləri 2,146 mln manat, torpaq, tikili və avadanlıqların xaric olmasından gəliri 14,315 min manat olub.

Mənfəətindən 490,712 min manat vergi ödəyən bank ötən ili 3,871 mln manat xalis mənfəətlə başa vurub.

Könül
Ölkə.Az

 

0.29589700698853