Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Ölkə.az Report-a istinadən xəbər verir ki, Qala qəsəbəsində 1990-cı il təvəllüdlü Mirzəyev Rza Əhliman oğlu bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.