Bitcoin-in qiyməti 5 aprel 2022-ci ildən bəri ilk dəfə olaraq 45 min dolları ötüb.
Bizim.Media bu barədə Coindesk platformasının məlumatlarına istinadən xəbər verir.
Bitcoin-in dəyəri 6,7% də artaraq 45 min 276 dollara çatıb.
Bundan əvvəl dekabrın 3-də Bitcoinin qiyməti 10 aprel 2022-ci ildən bəri ilk dəfə olaraq 42 min dolları ötmüşdü.