Bayram günü “Qobu Park”da bıçaqlanma olub

 

Bakıda bayram axşamı cinayət törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ölkə.Az-a verilən məlumatda bildirilir.

Qeyd olunur ki, dekabrın 31-də, axşam saatlarında “Qobu Park” yaşayış sahəsindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

0.16190505027771