Qəsdən adam öldürmə ittihamı ilə 11 il azadlıqdan məhrum edilən, 2020-ci ilin fevralından həbsdə olan 50 yaşlı Polad İsmayılov 4 il sonra bəraət alıb.
Bu barədə jurnalist Aytən Məmmədova sosial şəbəkədə bildirib.
Şəki Apellyasiya Məhkəməsi belə nəticəyə gəlib ki, bu adam təqsirsizdir, törətmədiyi cinayəti boynuna götürüb.
Onun sözlərinə görə, vəkil Zabil Qəhrəmanov 4 ildən sonra qətl ittihamıyla həbsdə olan şəxsin azadlığına nail olub.