Yük maşınında külli miqdarda narkotik aşkar olunub

 

Masallıda "SHACMAN"-ın sürücüsündən külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Cavad Ağayev idarə etdiyi "SHACMAN" markalı yük avtomobilində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan külli miqdarda heroin, əlavə olaraq metamfetamin, tiryək və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

 

0.33611416816711