Rəşt - Astara dəmir yolu dəhlizinin tikintisi nə vaxt başlayacaq?

 

Azərbaycan və İran arasında Rəşt - Astara dəmir yolu dəhlizinin tikintisi ay yarımdan sonra başlayacaq.

"Ölkə.az" xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə məlumat verib.

"Əldə olunan razılığa əsasən, biz 2024-cü ilin əvvəlindən, təxminən ay yarımdan sonra bu layihənin icrasına başlayacağımıza ümid edirik", - o bildirib.

Əfəndizadə onu da qeyd edib ki, Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsidir.

0.30503106117249