Zelenskidən məmurlara xəbərdarlıq: Bunu heç kim bağışlamayacaq

 

Hər bir Ukrayna icması yadda saxlamalıdır ki, Rusiya ilə müharibə davam edir, ona görə də dövləti qorumaq üçün mümkün olan hər şeyi etmək lazımdır. 

Bunu Ukrayna prezidenti Vladimir Zelenski Lvovda  Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında deyib.

Zelenski etiraf edib ki, Rusiya ilə müharibə və Ukraynanın Avropa strukturlarına inteqrasiyası məsələlərinə diqqət səbəbindən regionlardakı vəziyyətə kifayət qədər diqqət yetirə bilmir. 

O bundan sonra yerlərdə vəziyyətə maksimum diqqət yetirəcəyini bildirib. 

 Zelenski bildiirb ki, hansı vəzifədə çalışmasından asılı olmayaraq müharibənin özünün əsas vəzifəsi bilmirsə, bu böyük səhvdir və biz bu səhvi düzəldəcəyik.

O əlvə edib ki, biz bir-birimizə güvənirdik və qələbəmiz naminə hər şeyin yerli olaraq edilməsini çox istəyirdik: “Bizi müharibədən yayındırmayasınız, bu, böyük xahişdir. Əsas vəzifə dövlətimizin müdafiəsidir. Dövlətin müdafiəsi hər kəsin borcudur”, - Zelenski bildirib. 

Onun sözlərinə görə, başqa yanaşmaları, hərəkətləri,  insanlar, xüsusən də övladları müharibədə həlak olanlar unutmayacaq və bağışlamayacaqlar.

Mürtəza
Ölkə.Az

 

0.149817943573