30 yaşlı müğənni səhnədə konserti zamanı öldü

 

Braziliyalı gənc müğənni Pedro Enrike Braziliya ştatlarından birində konserti zamanı dünyasını dəyişib. 

Ölkə.Az  xəbər verir ki, 30 yaşlı sənətçinin son çıxışının videosu X (Twitter) sosial şəbəkəsində yayımlanıb.

Feira de Santanada keçirilən tədbirdə Enrike portuqal dilindən tərcümədə "Çox gözəl olacaq" mənasını verən "Vai Ser Tao Lindo" mahnısını ifa edib.

İfaçı müvazinətini itirərək səhnəyə yıxılıb, sonra onu tez xəstəxanaya aparıblar, həkimlər onun infarktdan ölümünü qeydə alıblar.

Ölkə.Az

0.12427401542664