Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazası təkmilləşdirilir.
İqtisadiyyat.az-ın xəbərinə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov qərar verib.
Belə ki, Təhsil Nazirliyi 2023-2024-cü tədris ilində təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi üçün kompüter, printer, interaktiv monitorların və web kameraları alır.
Bunların alınmasına isə 1.3 milyon manatdan çox vəsait sərf olunacaq.
Qeyd edək ki, Elxan Nəcəfov bu ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib.